Avqustun 22-də ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin tapşırığı çərçivəsində Ermənistana gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspçiki qəbul edib və Laçın dəhlizindəki mövcud vəziyyəti təqdim edib.
Görüş zamanı regionun təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.
Ararat Mirzoyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhrana toxunaraq, gözlənilən humanitar fəlakətin qarşısının alınması üçen beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təcili və təsirli addımlarının vacibliyini vurğulayıb.
Nazir Mirzoyan həmçinin Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələlərinin effektiv beynəlxalq mexanizmlər çərçivəsində həllinin vacibliyini bir daha təsdiqləyib.