ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ-ın BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərə Dağlıq Qarabağdakı humanitar böhranla bağlı müzakirələrin nəticələrinə görə qətnamə imzalamaması üçün təzyiq göstərməsi xəbərini təkzib edib.
“BMT Təhlükəsizlik Şurasına verdiyimiz bəyanatda qeyd edildiyi kimi, Dağlıq Qarabağdakı humanitar vəziyyət bizi dərin narahat etməkdə davam edir və biz Azərbaycan hökumətini Laçın dəhlizinin humanitar, kommersiya və şəxsi nəqliyyat üçün ən qısa zamanda açılmasına çağırırıq”, - deyə “Armenpress”in sualını cavablandıran səfirlik bildirib.
Xatırladaq ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağın humanitar böhranı ilə bağlı müzakirə aparılıb.