Belçika Krallığının xarici işlər naziri Haja Lahbib ilə Azərbaycan tərəfindən 8 aydan artıq müddətdə Laçin dəhlizini qanunsuz olaraq blokadaya alması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhran müzakirə olunub.
Bu barədə Ararat Mirzoyan qeyd edib.
“Həm əvvəlki müzakirələrdə, həm də bugünkü görüşlərdə biz Dağlıq Qarabağdakı vəziyyətin son dərəcə mənfi nəticələrini ətraflı müzakirə etdik.
Biz BMT Təhlükəsizlik Şurasının təcili iclasında, o cümlədən 2020-ci ilin dekabrında Azərbaycanın Laçin dəhlizinin blokadasından sonra beynəlxalq tərəfdaşlara, strukturlara, o cümlədən Belçikaya və digər Aİ üzvlərinə ünvanlanmış mesajlara toxunduq.
Lakin bütün bunlara baxmayaraq, Beynəlxalq Məhkəmənin 22 fevral və 6 iyul tarixli qərarlarına zidd olaraq Azərbaycan Laçin dəhlizinin blokadasını davam edir.
Həmkarımla müzakirələr zamanı onu da vurğuladım ki, son günlər Azərbaycan mütəmadi olaraq Dağlıq Qarabağda atəşkəsi pozur, həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədində erməni mövqelərini hədəfə alır. Bildiyiniz kimi, bu barədə Aİ-nin Ermənistandakı monitorinq missiyası da məlumat verib.”- o deyib.
Biz dəfələrlə qeyd etdik ki, Azərbaycan 9 noyabr bəyanatının demək olar ki, bütün müddəalarını davamlı olaraq pozur. Bu gün isə Azərbaycan faktiki olaraq Dağlıq Qarabağın bütün 120 min əhalisini girov saxlayır.
Biz hesab edirik və gözləyirik ki, beynəlxalq tərəfdaşlarımız Azərbaycanın qeyri-knstruktiv, qeyri-insani, döyüşkən davranışını dəyişdirmək üçün təsirli addımlar atmaq üçün siyasi iradə nümayiş etdirəcəklər”, - deyə Mirzoyan vuğuladı..
Nazir Belçikanın ER-də səfirliyinin açılması qərarına da toxunub. O Belçika hökumətinin Yerevanda səfirlik açmaq qərarını alqışlayıb.