Avqustun 22-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə müavini Rena Biteri qəbul edib.
ER XİN-dən verilən məlumata görə, görüşdə tərəflər Ermənistan-Amerika ikitərəfli münasibətlərində müsbət dinamikanı məmnunluqla qeyd ediblər və müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu kontekstdə konsulluq xarakterli bir sıra məsələlərə də toxunulub, hər iki tərəf qarşılıqlı dəstəyini vurğulayıb.