ER XİN sğzçüsü Ani badalyan mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Sual: Avqustun 16-da Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. Ölkələr öz mövqelərini bildirdilər, lakin bu, heç bir sənəddə qeydə alnmadı. Niyə qərar verilmədi? Ermənistan belə bir sənəd təqdim etməyib?
Cavab: Artıq qeyd etdiyimiz kimi, BMT TŞ-nin dekabr ayında keçirilmiş bu və ondan əvvəlki sessiyası zamanı, eləcə də indiyədək digər beynəlxalq platformalarda tərəfdaşlarımızın, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına dair BMT Təhlükəsizlik Şurasının əsas mandatına, insan hüquqlarının müdafiəsinin ümumbəşəri dəyərlərinə, Azərbaycanın təcavüzkar hərəkətləri və Dağlıq Qarabağda yeni humanitar fəlakətin qarşısının alınması barədə məlumatlı olmağa uyğun olan səsləndirdiyi mövqelərini yüksək qiymətləndirirk.
Prosessual nöqteyi-nəzərdən BMT Təhlükəsizlik Şurasının təcili iclasının formatı müzakirə xarakteri daşıyır, bu, birbaşa sənədin (qətnamə və ya bəyanatın) qəbulunu nəzərdə tutmur. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının 15 (daimi və qeyri-daimi) üzvü BMT Təhlükəsizlik Şurasının qətnamə layihələrini təqdim etmək və səsverməyə başlamaq hüququna malikdir. BMT Təhlükəsizlik Şurasının üzvü olmayan Ermənistanın belə bir səlahiyyəti yoxdur.
Sual:Beləliklə proses başa çatdı?
Qətiyyən yox, bu davamlı bir prosesdir. ER Xarici İşlər Nazirliyi BMT-də və digər platformalarda fəal fəaliyyətini davam etdirir. Bu gün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasının regionda real, uzunmüddətli sabitlikdə maraqlı olan üzvləri, mövcud mexanizmlərdən səmərəli istifadə edilməsi ilə birmənalı şəkildə Laçın dəhlizinin yenidən açılmasının vacibliyi ilə bağlı formalaşmış təsəvvürü problemin həllinə istiqamətləndirmək üçün aydın addımlar atmalı, səyləri əlaqələndirməlidir.