DQ Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Müdafiə Ordusunun bölmələrinin Şuşi rayonunda mövqeləri yaxşılaşdırmaq üçün irəliləməyə cəhd göstərməsi ilə bağlı yaydığı xəbəri təkzib edir.
“Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, guya avqustun 21-də saat 19:45 radələrində Şuşi rayonu ərazisində Müdafiə Ordusunun bölmələri mövqələrinin təkmilləşdirilməsi üçün hərəkətə keçməyə cəhd göstəriblər, bu Azərbaycanın növbəti dezinformasiyadır.
Aydındır ki, Azərbaycan Müdafiə Nazirliyi mütəmadi olaraq yalan xəbərlər yaymaqla öz bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasına haqq qazandırmağa çalışır və növbəti təxribatlar üçün informasiya zəmini hazırlayır”, – deyə məlumatda bildirilir.