Fransanın xarici işlər naziri Katrin Kolona və çinli həmkarı Van İn telefon danışığı zamanı Dağlıq Qarabağ, Ukrayna və Nigerdəki vəziyyəti müzakirə ediblər. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Kolona Çinin Ukraynadakı münaqişənin sona çatmasında, eləcə də onun nəticələri, xüsusilə ərzaq təhlükəsizliyinə təhdidlərlə mübarizədə mühüm rol oynaya biləcəyini vurğulayıb.