Təşkilatın bəyanatında deyilir ki, Sosialist İnternasionalı Dağlıq Qarabağda artan humanitar böhrandan dərin narahatdır.
Qeyd edilib ki, Azərbaycanın Laçın dəhlizinin davam edən blokadası bir neçə aydır dözülməz vəziyyətə və humanitar böhrana səbəb olub və Ermənistandan ərzaq, dərman, qaz və elektrik təchizatının olmaması regionda tez bir zamanda aclığa və humanitar fəlakətə gətirib çıxarır.
“Sosialist İnternasionalı Azərbaycan Respublikası hökumətini beynəlxalq öhdəliklərinə və beynəlxalq məhkəmələrin hüquqi qüvvəyə malik qərarlarına uyğun olaraq insanların və yüklərin hər iki istiqamətdə hərəkətini təmin etmək üçün dərhal Laçın dəhlizini açmağa çağırır. Biz həmçinin Ermənistan və Azərbaycandakı üzv partiyalarımızı Dağlıq Qarabağ münaqişəsinin sabit həllini təmin etmək üçün birgə işləməyə çağırırıq.
Biz beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin blokadasını dayandırmaq çağırışı ilə Azərbaycan hakimiyyətinə müraciət etmək üçün səyləri gücləndirməyə çağırırıq”, - bəyanatda deyilir.