Aİ-nin Ermənistandakı missiyası “Twitter” mikrobloqunda bildirdi ki, missiyanın rəhbəri Markus Ritter, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin Yerevanda görüşüb.
Onlar regional hadisələr və Avropa İttifaqının regionda sülh prosesinə dəstək səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar.