Avqustun 18-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT-nin baş katibinin siyasi və sülhməramlı işlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb.
Ararat Mirzoyan Dağlıq Qarabağdakı son dərəcə ağır humanitar vəziyyəti təqdim edərək vurğulayıb ki, beynəlxalq sistemin məsul aktorları bunun humanitar fəlakətə çevrilməsinə imkan verməməlidirlər.
Nazir Mirzoyan Dağlıq Qarabağda 120 min əhali üçün yaradılan çətin şəraitə toxunaraq, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarının yerinə yetirilməsinin və Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz bağlanmasının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Bölgədə uzunmüddətli sabitliyin bərqərar olması kontekstində nazir Mirzoyan Azərbaycanın bu istiqamətdə beynəlxalq səyləri neytrallaşdırmağa yönəlmiş hərəkət və təxribatlardan çəkinməsinin vacibliyini vurğulayıb.