ABŞ-ın ER-dəki səfiri Kristina Kvin “Lidian” şirkətinin gördüyü işlərlə tanış olmaq üçün Cermuk icmasının rəhbəri ilə birlikdə Amulsara səfər edib.
“Amulsar layihəsi ABŞ-ın Ermənistana yatırdığı ən böyük investisiyalardan biridir və biz fəxr edirik ki, burada Qərbin mədən standartları həyata keçirilir. ABŞ Ermənistanın iqtisadi inkişafını, həmçinin Amerika şirkətləri və investorlarının Ermənistan iqtisadiyyatının müxtəlif sektorlarına cəlb edilməsi imkanlarını dəstəkləyir”, - ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilir.