Ermənistan Respublikasının müraciəti ilə avqustun 16-da çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında bir daha qeyd olundu ki, Azərbaycanın apardığı yalan təbliğata baxmayaraq, beynəlxalq tərəfdaşlar Dağlıq Qarabağda ən ağır humanitar vəziyyətin olması faktını və bunun aradan qaldırılmasının vacibliyini aydın dərk edirlər.
BMT Təhlükəsizlik Şurası formatında keçirilən ikinci müzakirə zamanı Azərbaycana ünvanlanan qiymətləndirmələr və mesajlar müxtəlif hökumətlərin, beynəlxalq strukturların, insan haqları təşkilatlarının ifadə etdiyi aydın mövqeləri mahiyyətcə tamamlayır. Bu barədə ER XİN məlumat yayıb.
“Üzv dövlətlərin və Aİ nümayəndəsinin Azərbaycanın 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata və BMT Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarlarınauyğun olaraq Laçın dəhlizinin qeyri-qanuni blokadasını aradan qaldırmağa borclu olduğu barədə çıxışları diqqətəlayiqdir. Aydın şəkildə vurğulandı ki, 8 aydan çoxdur davam edən blokada nəticəsində Dağlıq Qarabağ əhalisi üçün yaradılmış ağır humanitar vəziyyət aradan qaldırılmalıdır.
Aydındır ki, Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarını təhrif etməkdə, öz öhdəliklərini yerinə yetirməmək üçün yalan və həqiqətə uyğun olmayan bəhanələr axtarmaqda və humanitar böhranı, o cümlədən aclıq yolu ilə Dağlıq Qarabağın yerli əhalisinə qarşı etnik təmizləməni uzatmaqda davam edir”.
Bəyanatda deyilir ki, ER Xarici İşlər Nazirliyi beynəlxalq təhlükəsizliyə və sülhə töhfə vermək mandatına sadiq olan BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin prinsipial və ədalətli mövqelərini yüksək qiymətləndirərək, ardıcıl addımlar ataraq, müxtəlif platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında fəaliyyətini davam etdirəcək.