Avqustun 17-də ER-in ABŞ-dakı səfiri Lilit Makunts və ABŞ-ın ER-dəki səfiri Kristina Kvin birgə Vayots Dzor bölgəsinə səfər ediblər.
ER-in ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfər zamanı Vayots Dzor bölgəsinin qubernatoru Ararat Qriqoryan, Cermuk icması rəhbərinin birinci müavini Vardan Sargsyan, Aİ-nin müşahidə missiyasının nümayəndəsi, eləcə də ER Silahlı Qüvvələrinin nümayəndələri ilə görüşlər keçirilib.
Səfirlər bölgənin təhlükəsizlik vəziyyəti, mövcud problemlər ilə tanış olub, həmçinin ikitərəfli maraq doğuran digər məsələləri müzakirə ediblər.