Paris meri Ann Hidalqonun təşəbbüsü ilə Fransanın Paris şəhəri, Il de Frans, Overn Ron-Alp, A dı Frans, Oksitania, Loire Land və Provans-Alpes-Kot d'Azur bölgələri, Dağlıq Qarabağ xalqına dəstək verməkdə birləşib və 2022-ci il dekabrın 12-dən mühasirədə olan Dağlıq Qarabağa təcili humanitar yardım göstərmək üçün bir araya gəliblər.
Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.
Fransa ərazi orqanlarının 20 tonluq yük daşıyan ilk maşını Yerevandan Kornidzora getdi.
“Biz Azərbaycanın silahlı qüvvələri tərəfindən dəhlizin davam edən blokadasından narahatıq və bu, xüsusən də humanitar yardımın ötürülməsinə mane olur. Biz Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq, xüsusilə də Beynəlxalq Məhkəmənin Laçin dəhlizi ilə sərbəst gediş-gəlişin təmin edilməsi ilə bağlı qəbul etdiyi qərarı yerinə yetirməyə çağırırıq”, - deyə Fransanın yerli icra hakmiyyət başçılarının rəsmi nümayəndəsi bildirib.
Əsas aksiya Dağlıq Qarabağ əhalisinin xeyrinə həyata keçirilən bu humanitar təşəbbüsü dəstəkləyən Fransa parlamentariləri və yerli hökumət rəhbərlərindən ibarət nümayəndə heyətinin rəhbərliyi ilə start götürəcək.