Avqustun 18-də İstanbulda “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) Avropa və Asiya arasında aeronaviqasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə SOCEA aeronaviqasiya xidməti təminatçılarının Aeronaviqasiya Təhlükəsizliyinin Əlaqələndirilməsi üzrə regional platformanın yaradılması haqqında müqavilə imzalayıb.
Müqavilə AZAL-ın “Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərhan Quliyev və Türkiyənin DHMİ-nin baş direktoru Hüseyn Keskin tərəfindən imzalanıb.
Qeyd edilib ki, SOCEA beynəlxalq aeronaviqasiya əməkdaşlıq platforması uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə regional strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin Türkiyə və Azərbaycanın təsisçiləri və ilk üzvləri olduğu regionda aeronaviqasiya xidməti provayderləri arasında əməkdaşlığın təşviqi üçün nəzərdə tutulub.