Dağlıq Qarabağın Askeran rayonu ərazisində atəşkəs rejiminin bir pozulması faktı qeydə alınıb. Ölən və yaralanan yoxdur. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı qoşunlarının komandanlığı bu faktla bağlı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”, - deyə RF Müdafiə Nazirliyinin bülletenində bildirilir.