Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizik Şurasının Laçin dəhlizinin qanunsuz bağlanmasına dair iclasına toxunub.
O qeyd edib ki, dünən BMT Təhlükəsizlik Şurasında Laçin dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı təcili müzakirə aparılıb. Onun sözlərinə görı, ən yüksək beynəlxalq məhkəmədə Laçin dəhlizinin bağlanması vurğulanıb.
“İkincisi, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu və 120 min Dağlıq Qarabağ əhalisinin həyatı və təhlükəsizliyinin şübhə altında olduğunu təsdiqlədi.
Üçüncüsü, Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin təmin edilməsi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarının Azərbaycan tərəfindən yerinə yetirilmədiyi vurğulanıb.
İndi biz qeyd edə bilərik ki, Laçin dəhlizinin qanunsuz bağlanması və bunun nəticəsində Dağlıq Qarabağda humanitar böhranın yaranması ilə bağlı həqiqət ən yüksək beynəlxalq məhkəmədə üzə çıxıb. Beynəlxalq ictimaiyyət tərəfindən Laçin dəhlizinin qanunsuz bağlanmasının aradan qaldırılması üçün Azərbaycana kollektiv çağırış edilib.
Təbii ki, bu çağırış hazırda həyata keçirilməyib və 400 tona yaxın humanitar yük daşıyan 22 yük maşını Laçin dəhlizinin girişində Dağlıq Qarabağa daxil olmaq fürsətini gözləyir. Bununla paralel olaraq Dağlıq Qarabağda humanitar vəziyyət günü-gündən pisləşir.
Bir tərəfdən Azərbaycan Ermənistan hökumətinin 100 ton unun Dağlıq Qarabağa girişini əngəlləyib, digər tərəfdən də Dağlıq Qarabağ əhalisinin əkdikləri taxılın biçilməsinə imkan vermir”.