Böyük Britaniya Dağlıq Qarabağ xalqı üçün ciddi humanitar nəticələrə səbəb olan həyati dərmanların, tibbi xidmətlərin və digər zəruri ləvazimatların və malların çatdırılmasına mane olan Laçın dəhlizinin blokadasından dərin narahatdır.
Bunu Böyük Britaniyanın nümayəndəsi BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyası zamanı bəyan edib.
“Laçın dəhlizi ilə hər iki istiqamətində maneəsiz hərəkətin təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına hörmət edilməsi çox vacibdir. Biz tərəfləri BQXK-nın Dağlıq Qarabağa girişinə icazə verməyə çağırırıq ki, təşkilat öz həyati işini həyata keçirə bilsin. Bütün tərəflər mülki əhalinin ehtiyaclarının ödənilməsi üçün humanitar yardımı siyasiləşdirməkdən çəkinməlidirlər”,-o qeyd etdi.
Böyük Britaniyanın BMT-dəki nümayəndəsi bütün tərəfləri danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün səylərini artırmağa çağırıb.