ABŞ və digər ölkələrə Azərbaycanın Dağlıq Qarabağın blokadasına son qoymaqla bağlı daha çox iş görmələri üçün təzyiqlər artır. Bu barədə Amerikanın “Axios” agentliyi qeyd edərək Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun bir müddət əvvəl Dağlıq Qarabağdakı ermənilərin soyqırımla hədələndiyini bəyan etdiyini xatırlayıb.
Qəzet, Soyqırım Konvensiyasını imzalayan ABŞ-ın “problemə siyasi yanaşmada konsensus tapmaq” üçün hərəkətə keçmək və digər ölkələrlə birləşmək öhdəliyi olduğunu qeyd edən Okampo ilə söhbət edib. Okamponun sözlərinə görə, razılaşma əldə olunmasa, ABŞ soyqırımın ortağı hesab olunacaq.
“Axios” ABŞ Dövlət Departamenti ilə də əlaqə saxlayıb və oradan Vaşinqtonun Laçın dəhlizinin Azərbaycan tərəfindən davamlı olaraq bağlanmasından dərin narahat olduğunu bildirib və əlavə edilib ki, manəsiz tranzit təcili bərpa olunmalıdır.
“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Dunbar “Axios”a bildirib ki, ABŞ, Avropa İttifaqı, BMT və digərləri “blokadaya son qoyması, Laçın dəhlizi vasitəsilə ərzaq, dərman və humanitar malların manəsiz axını təmin etməsi üçün Azərbaycana təzyiq göstərməlidir”.