Avqustun 16-da saat 22:10 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Martakert rayonu ərazisində odlu silahlardan da istifadə etməklə atəşkəs rejimini pozub. Bu barədə Dağlıq Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Erməni tərəfində itki yoxdur.
Hadisə barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.