Avqustun 15-də DQ Martuni rayonunun Avdur kəndinin inzibati ərazisinin Gomer adlanan hissəsində saat 19:30 radələrində Myurişen rayon sakini M.A.-nın idarə etdiyi taxılbiçən maşına Azərbaycan hərbi mövqelərindən atəş açılıb.
“Xoşbəxtlikdən vətəndaş özünü xilas edə bilib, yalnız kombayn zədələnib. Atışma səbəbindən kənd təsərrüfatı işləri dayandırılıb. Bu barədə məlumat Rusiya sülhməramlı qoşunlarına çatdırılıb”, - deyə Dağlıq Qarabağ Daxili İşlər Nazirliyinin polisinin yaydığı məlumatda qeyd olunur.