ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani “Twitter” səhifəsində Laçın dəhlizinin açılması məsələsinə toxunub. “Ötən həftə keçirdiyim telefon danışıqlarından sonra ATƏT sədri kimi şəxsi nümayəndəsim Anjey Kasprçikdən Laçın rayonuna baş çəkməsini və oradakı vəziyyətlə bağlı məlumat verməsini xahiş etdim.
Laçın dəhlizindən azad keçidi təmin etmək üçün çağırışımı təkrar edirəm. Paralel olaraq digər marşrutlar da açılmalıdır. Humanitar aspektlər həmişə üstünlük təşkil etməlidir. Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT bunu dəstəkləməyə hazırdır”, - deyə yüksək rütbəli diplomat yazıb.