Ermənistan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Respublikası Silahlı Qüvvələrinin sərhəd zonasının şərq hissəsində təxribata cəhdi etməsi barədə yaydığı xəbər tamamilə yalandır.
“Bundan əvvəl Ermənistan Respublikasının Müdafiə Nazirliyi elan etmişdi ki, ilkin məlumatlara görə, ehtiyatda olan erməni hərbi qulluqçu özbaşına döyüş mövqeyini tərk edib.
Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfə keçmə ehtimalı və hadisənin şərtləri araşdırılır”, - deyə məlumatda bildirilir.