İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi başlanılıb.
“Tasnim” agentliyi xəbər verir ki, bunu İranın Xüsusi İşlər üzrə Prokurorluğunun mətbuat katibi Məsud Satayişi bildirib.
Onun sözlərinə görə, Həsən Ruhani fond və valyuta bazarına müdaxilələr zamanı yol verilən qanun pozuntularında iştirak etməkdə şübhəli bilinir.
“İranın keçmiş prezidenti, ruhani rütbəsi və dərəcəsi olan Ruhaniyə qarşı müvafiq yurisdiksiyaya malik olan ruhani işləri üzrə xüsusi prokurorluqda bir neçə iş başlanıb. Keçmiş prezident bir sıra suallara cavab verməlidir”, - deyə Setayişi bildirib.