Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun sonunda Macarıstana səfər edəcək.
Bu barədə Macarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə dövlət başçısı Macarıstanın baş naziri Viktor Orbanla təkbətək və geniş tərkibdə görüş keçirəcək.
Türkiyə prezidenti sonuncu dəfə 2019-cu ilin noyabrında Budapeştə rəsmi səfər edib.