Avqustun 15-də saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Verin Şorja istiqamətində patrul xidmətində olan Aİ müşahidəçilərinə və onların avtomobilinə atıcı silahlardan atəş açıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Zərərçəkən yoxdur.
Avropa İttifaqının Ermənistandakı missiyası ER Müdafiə Nazirliyinin bəyanatını təsdiqləyib.