Aİ-nin Ermənistandakı missiyası patrul zamanı sərhəddə hər hansı hərbi hərəkət və ya yığılma olmadığını açıqlayıb.
“Aİ missiyası gündəlik olaraq 4 bazasından Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və hərbi vəziyyətə nəzarət edir. Yerdən gələn məlumatlara əsasən, xüsusilə Laçın dəhlizinin girişinin yaxınlığında qeyri-adi hərbi hərəkət və ya yığılma görmürük. Biz ərazilərə nəzarəti davam etdiririk”, - departamentin Twitter mikrobloqunda qeyd olunub.