Azərbaycan Xarici İşlər Nazirliyinin ER Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində külli miqdarda silah, hərbi texnika və canlı qüvvə cəmləşdirdiyi barədə yaydığı xəbər həqiqətə uyğun deyil.
“Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alan daha bir yalan iddiaya istinad edərək, Ermənistan Respublikasının Müdafiə Nazirliyi bir daha bəyan edir ki, Ermənistan Respublikasının Dağlıq Qarabağda ordusu yoxdur”, - deyə məlumatda bildirilir.