Avqustun 14-də Azərbaycanın elektron KİV-lərində bu dəfə Müdafiə Qüvvələrinin bölmələri tərəfindən guya aparılan tikinti işlərini əks etdirən ikinci saxta video yayılıb. Bu barədə Dağlıq Qarabağın Müdafiə Nazirliyi məlumat yayıb.
“Son zamanlar Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin və həmin strukturla sıx əməkdaşlıq edən KİV-lərin fəallığının xeyli artması, rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə mütəmadi olaraq yayılan dezinformasiyalar, Artsax Müdafiə Nazirliyinə atəşkəs rejiminin pozulması və mülki təyyarələrin RAP vasitələri ilə hədəfə alınması ilə bağlı tamamilə yalan ittihamlar, daha əvvəl qeyd etdiyimiz kimi, onlar beynəlxalq diqqəti Azərbaycanın hərəkətləri nəticəsində Artsaxda baş vermiş humanitar fəlakətdən yayındırmaq, Artsax Respublikasının işğal olunmuş ərazilərində yerləşən Azərbaycan bölmələri tərəfindən atəşkəs rejiminin pozulmasına haqq qazandırmaq məqsədi güdürlər və gələcək təxribatlar üçün məlumat bazası yaradır”,- deyə DQ MN-nin yaydığı məlumatda qeyd edilib.