Avqustun 14-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan səfiri Vağarşak Harutyunyanı qəbul edib. Bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər ikitərəfli gündəliyin aktual məsələlərinə, o cümlədən bütün səviyyələrdə siyasi dialoqun təşviqinə və iqtisadi əlaqələrin gücləndirilməsinə toxunublar.
Tərəflər Laçın dəhlizinin bağlanması və Dağlıq Qarabağdakı vəziyyətini də müzakirə ediblər.