Avqustun 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman arasında telefon danışığı olub.
Əvvəlki müzakirələrin, o cümlədən iyulda Dubrovnik forumu çərçivəsində aparılan müzakirələrin davamı olaraq nazir Mirzoyan həmkarına Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması ilə bağlı Dağlıq Qarabağda yaranmış humanitar böhranı, 120 min nəfər Dağlıq Qarabağ əhalisinin, o cümlədən həssas qrupların fundamental hüquqlarının pozulmasını, onların son dərəcə ağır şəraitini təqdim edib.
Ararat Mirzoyan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarına uyğun olaraq, Laçın dəhlizi ilə hər iki istiqamətdə sərbəst hərəkəti dərhal bərpa etmək və Azərbaycanın Dağlıq Qarabağda real niyyətinin, etnik təmizləmənin qarşısını almaq üçün müxtəlif platformalarda əlavə addımların atılmasının vacibliyini vurğulayıb. Nazir Mirzoyan bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasına növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.
ER XİN rəhbəri Ermənistanın regionda sabitliyin bərqərar edilməsinə konstruktiv yanaşmasını bir daha təsdiqləyərək, Azərbaycanın Dağlıq Qarabağda humanitar vəziyyətin davamlı olaraq gərginləşməsi ilə siyasi proseslərə və Ermənistanın və beynəlxalq birliyin səylərinə zərbə vurduğunu vurğulayıb.