Azərbaycan tərəfindən Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin blokadaya alınması, yerli əhali üçün ərzaq, yanacaq, dərman və digər zəruri malların tədarükünün əngəllənməsi soyqırım kimi qiymətləndirilməlidir.
Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo özünün Twitter mikrobloqunda yazıb.
O, erməni əsilli amerikalı televiziya ulduzu Kim Kardaşyana və prodüser Erik İsraelyana müraciət edərək, Dağlıq Qarabağ ermənilərinin səsini dünyaya çatdırmaq üçün kömək etməyə çağırıb.