Avqustun 11-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Belçikanın xarici işlər naziri Haca Lahbib arasında telefon danışığı olub.
Nazir Mirzoyan Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda daha da ağırlaşan humanitar böhranı təqdim edərək, Dağlıq Qarabağın 120 min əhalisi üçün ağır şərait yaradıldığını vurğulayıb.
Dağlıq Qarabağa girişi olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin tam və fasiləsiz fəaliyyətinin təmin edilməsinin vacibliyinə də toxunulub.
Nazir Mirzoyan vurğulayıb ki, oxşar ağır humanitar vəziyyətlər yalnız bir ölkənin problemi ola bilməz. Laçın dəhlizinin açılması, Dağlıq Qarabağın Ermənistanla və dünyanın qalan hissəsi arasında fasiləsiz əlaqənin bərpası üçün sivil dünyanın birgə səyləri lazımdır.
Telefon danışığı zamanı ikitərəfli gündəmə də toxunulub. Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla, Ermənistan və Belçika arasında əməkdaşlığın inkişafı istiqamətində addımlar atmağa hazır olduqlarını bildiriblər.