İsrailli bir qrup tanınmış akademiki, jurnalisti, ziyalısı, ravvinləri, sənətçiləri, iş adamları və fəalları İsrail prezidenti İsxak Hersoqa məktub yazaraq ondan Dağlıq Qarabağda ağır humanitar böhranın qarşısını almağı xahiş ediblər. Bu barədə Ermənistanın İsraildəki səfirliyi məlumat yayıb.
Onlar Dağlıq Qarabağda 120 min insan üçün aşkar və real təhlükə yaradan ciddi humanitar böhranla bağlı dərin narahatlıqlarını ifadə ediblər.
“İsrail dövləti bu böhrana görə məsuliyyət daşıyan və onu həll etmək imkanına malik olan Azərbaycanla sıx əlaqələr saxlayır. Bu əlaqələr İsrail dövlətini fəaliyyətsiz olmamaq yerinə aydın mövqe tutmağa məcbur edir”, - məktubda deyilir. Onlar əlavə ediblər ki, Azərbaycanın Laçın dəhlizinin qarşısını alması 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə Ermənistanla imzalanmış üçtərəfli bəyanatın pozulmasıdır.
Məktubda qeyd olunur ki, son vaxtlar İsraillə Azərbaycan arasında münasibətlər xeyli yaxşılaşıb ki, bu da daha çox İsrailin Azərbaycana göstərdiyi əhəmiyyətli hərbi dəstəkdən qaynaqlanır və bu, 2020-ci ilin payızında hərbi əməliyyatlarda həlledici amilə çevrildi.
İsrail rəsmiləri prezidentdən azərbaycanlı tərəfdaşlara şəxsi mesaj göndərməyi və onlardan Laçın dəhlizinin blokadasını dərhal aradan qaldırmağı tələb etməyi xahiş ediblə
“Bu, Azərbaycan və Ermənistan arasında davam edən münaqişədə tərəf tutmaq xahişi deyil, sadəcə olaraq risk altında olan insanların həyatını xilas etmək və əsas hərəkət azadlığını və həyat üçün kifayət qədər ləvazimatları təmin etmək üçün humanitar çağırışdır”, - deyə məktubda qeyd edilib.