Dağlıq Qarabağa humanitar yüklərin daxil olmasına qadağa qoyulması Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırım siyasəti ilə bağlı deyilənləri daha inandırıcı edir. Bunu Paşinyan bildirdi.
“Beynəlxalq ekspert dairələrindən Azərbaycanın Dağlıq Qarabağda humanitar böhrana səbəb olan Laçin dəhlizinin qeyri-qanuni şəkildə bağlanması siyasətinə BMT-nin 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarşısının alınması haqqında” Konvensiyasının prizmasından baxıla biləcəyi barədə fikirlər getdikcə daha yüksək səslə eşidilir.
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Laçin dəhlizi ilə insanların, yüklərin və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsinə dair bu ilin 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malik qərarlarını yetirməməkdə davam edir”- o deyib.