Yaradılan vəziyyətin ən yaxşı həlli Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni bağlanmasının aradan qaldırılması, beynəlxalq mexanizm çərçivəsində Stepanakert-Bakı dialoqunun başlanmasıdır.
Bunu ER Baş naziri Nikol Paşinyan avqustun 11-də hökumətin iclasında Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunaraq deyib.
"Ermənistan Respublikası öz növbəsində sülh gündəliyinə sadiqliyini təsdiq edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti pozmağa yönəlmiş addımlardan çəkinməyə çağırır", - Paşinyan bildirib.