Avqustun 10-da Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Polşa Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Piotr Skveçinskini qəbul edib.
Görüşdə Polşanın Ermənistan Respublikasındakı səfirliyinin müdafiə məsələləri və Hərbi Hava Qüvvələri üzrə attaşesi polkovnik Voyçex Visnevski də iştirak edib.
Müdafiə naziri səfir Skveçinskini Ermənistanda missiyaya başlaması münasibətilə təbrik edib və səmərəli əməkdaşlıq arzulayıb.
Müdafiə, eləcə də regional təhlükəsizlik sahəsində Ermənistan-Polşa əməkdaşlığının genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər də müzakirə edilib.