Avqustun 10-da ER xarici işlər naziri Ararat Mirzoyan ilə BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Nazir Mirzoyan həmkarına 8 aya yaxındır davam edən Laçın dəhlizinin qeyri-qanuni bağlanması nəticəsində Dağlıq Qarabağda artan humanitar böhranı təqdim edib.
Nazir Mirzoyan vurğulayıb ki, iyunun 15-dən Dağlıq Qarabağ tam blokadadadır və bu blokadada 120 min Dağlıq Qarabağ əhalisi kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşib, səhhətində ciddi problemlər olan insanlar və 9 min hamilə qadın təcili tibbi yardımdan məhrum olub.
Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycan Beynəlxalq Məhkəmənin Laçın dəhlizi ilə hərəkətin bərpası ilə bağlı iki qərarını yerinə yetirmir, beynəlxalq tərəfdaşların və müxtəlif strukturların çağırıçlarına məhəl qoymur. Nazir vurğulayıb ki, indiki şəraitdə Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasına nail olmaq üçün aydın addımlar atılmalıdır.
Telefon danışığı zamanı ikitərəfli gündəliyə də toxunulub. Hər iki tərəf ER və BƏƏ arasında əməkdaşlığın inkişafı istiqamətində addımlar atmağa hazır olduqlarını bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər.