Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycan səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “RBK Ukrayna” hökumət portalına istinadən məlumat yayıb.
Danışıqlarda əsas mövzu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.
“Biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik”, - səfir qeyd edib.
Görüşün sonunda Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minalardan təmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib.