Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Arman Xaçatryan Azərbaycanın Avropa Şurasının üzvü olmaqla, həmin strukturun nizamnaməsini kobud şəkildə pozmasını qınayıb. Bu barədə o, “Twitter” mikrobloqunda yazıb.
“Azərbaycanın hərəkətləri İkinci Dünya Müharibəsindən sonra Avropanın əldə etdikləri ilə kəskin ziddiyyət təşkil edir. Avropa Şurasının üzvü olan dövlətin Avropa Şurasının Nizamnaməsini və dəyərlərini kobud şəkildə pozması qınaq doğurur. Azərbaycan güc və məcburiyyətdən əl çəkməli, Dağlıq Qarabağ əhalisinin hüquqlarına hörmət etməli və blokadanı götürməlidir”, -deyə Xaçatryan yazıb.