Avqustun 10-da Rusiya sülhməramlıları Dağlıq Qarabağın Askeran rayonu ərazisində atəşkəs rejiminin bir dəfə pozulması faktı qeydə alıb, itki yoxdur. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində deyilir.
“Rusiya sülhməramlı qoşunlarının komandanlığı faktla bağlı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”, - məlumatda deyilir.