Avqustun 10-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib. Bu barədə TŞ Aparatından məlumat verilib.
Katib Qriqoryan səfiri bu vəzifəyə başlaması münasibətilə təbrik edib və səfirin Ermənistan və Fransa arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşməsinə və möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
A. Qriqoryan Fransa ilə imtiyazlı əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb. Bu kontekstdə həmsöhbətlər qarşılıqlı maraq doğuran bir sıra sahələrdə Ermənistan-Fransa əməkdaşlığının təşviqi və genişləndirilməsinin gələcək perspektivlərini müzakirə ediblər. Tərəflər Dağlıq Qarabağda günü-gündən ağırlaşan humanitar vəziyyəti də müzakirə edərək, Laçın dəhlizinin blokadasının aradan qaldırılmasının vacibliyini vurğulayıblar.