Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdəki inkişafı qeyd olunub.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti barədə də danışılıb.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulanıb.