Avqustun 9-da ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin administrasiya direktoru Demian Merfi və siyasət direktoru Sara Arkini qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Görüş zamanı Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz blokadaya alınması nəticəsində Dağlıq Qarabağda gündən-günə güclənən humanitar böhran müzakirə olunub. Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
Paruyr Hovhannisyan beynəlxalq tərəfdaşların Dağlıq Qarabağda Azərbaycan tərəfindən etnik təmizləmənin qarşısını almaq üçün aydın addımlar atmasının vacibliyini vurğulayıb.
Ermənistan tərəfinin regionda təhlükəsizliyin, sabitliyin və sülhün bərqərar olması istiqamətində atılan addımlara da toxunulub.
Tərəflər həmçinin ümumi dəyərlərə əsaslanan Ermənistan-Amerika münasibətlərinin davamlı olaraq genişlənməsi, dərinləşməsi və inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.