9 avqust 2023-cü il tarixində ER XIN başçısı Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb.
Nazir Mirzoyan Azərbaycan tərəfindən Laçın dəhlizinin artıq 8 aya yaxındır davam edən və beynəlxalq ictimaiyyətin gözü qarşısında əsl humanitar fəlakətə çevrilən qeyri-qanuni blokadaya alınması nəticəsində Dağlıq Qarabağda gərginləşən vəziyyəti təqdim edib.
A. Mirzoyan vurğulayıb ki, iyunun 15-dən Dağlıq Qarabağ əhalisi tam blokadadadır, ərzaq, dərman və digər zəruri malların kəskin qıtlığı ilə üzləşir.
Nazir əlavə edib ki, Dağlıq Qarabağda humanitar vəziyyətin davamlı şəkildə pisləşməsi Ermənistanın və beynəlxalq birliyin regionda sabit sülhün bərqərar olmasına yönəlmiş səylərini təhdid edir. Mirzoyan mövcud mexanizmlərdən ən yaxşı şəkildə istifadə edilməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Hər iki tərəf vəziyyətin həlli üçün addımların atılmasının vacibliyini qeyd edib və bu istiqamətdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Nazir Mirzoyan hazırkı vəziyyətdə beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyini də vurğulayıb.