2022-ci ilin dekabr ayından etibarən mediada və siyasi liderlər arasında Azərbaycan tərəfindən Laçin dəhlizinin blokadası müzakirə edilir. Bu blokada hər hansı ərzaq, dərman və digər zəruri ləvazimatların Dağlıq Qarabağa daxil olmasına mane olur. Bu barədə beynəlxalq hüquq üzrə aparıcı mütəxəssis, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun hesabatında deyilir.
“Mənim töhfəm Soyqırım Konvensiyasının 2-ci maddəsinin “c” bəndinə (qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması) əsasən bunun Dağlıq Qarabağın etnik ermənilərinə qarşı nə üçün soyqırım hesab edilməli olduğunu izah etməkdir. Aclıq soyqırımın görünməz silahıdır. Bir çox cəhətdən Dağlıq Qarabağın etnik ermənilərinin aclıqdan ölməsi soyqırımın prototipidir.
Bu sahədə müəyyən təcrübəyə malik bir şəxs kimi, mən qərəzsiz hesabat verməklə öz töhfəmi verməkdən şərəf duydum və Dağlıq Qarabağda ermənilərin məhv edilməsinin qarşısını almaq istəyən istənilən tərəfə kömək etməyə hazıram”,- Moreno yazıb.