Azərbaycanda demokratik fəallara qarşı hücumlar qəbuledilməzdir. Bu barədə ABŞ senatoru Kris Van Hollen özünün Twitter mikrobloqunda yazıb.
“Biz prezident İlham Əliyevə təzyiq göstərmək üçün daha çox iş görməliyik. O, siyasi dissidentlərə qarşı repressiyaları dayandırmalı və iqtisadçı Qubad İbadoğlu kimi siyasi məhbusları azad etməli, həmçinin Dağlıq Qarabağın blokadasını dayandırmalıdır”, - senator bildirib.