Avqustun 9-da ER müdafiə naziri Suren Papikyan Fransanın ER-ə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini və yeni təyin olunmuş hərbi attaşe polkovnik-leytenant Arno Elini qəbul edib.
Müdafiə naziri səfir Dkotini və polkovnik-leytenant Arno Elini Ermənistanda missiyaya başlaması münasibətilə təbrik edib və səmərəli əməkdaşlıq arzulayıb. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Fransanın Yerevandakı səfirliyində hərbi attaşe ofisinin yaradılmasına əhəmiyyət verilib və qeyd edilib ki, bu, 2022-ci ildə müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornyu arasında əldə edilmiş razılaşma çərçivəsində baş verib.
Tərəflər müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.