“Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək sülh sazişinin hazırlanmasında Bakı və Yerevana fəal şəkildə kömək edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə deyib.
O əlavə edib ki, sülh sazişinin hazırlanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın elementlərindən biridir:
"Bakı və Yerevandan tez bir zamanda sülhə nail olmaq barədə verilən siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Bir sıra mürəkkəb mövzulara həll yolları tapılmalıdır”.