Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığım olub, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün Twitter mikrobloqunda məlumat verib.
“Dubrovnik forumunun müzakirəsini davam etdirərək, biz Dağlıq Qarabağdakı vəziyyət barədə danışdıq. Laçın dəhlizinin blokadasının aradan qaldırılmasına yönəlmiş tədbirlərin aktuallığı vurğulanıb.
İnkişaf etməkdə olan Ermənistan-Bolqarıstan tərəfdaşlığına və ikitərəfli siyasi dialoqa xüsusi diqqət yetirilib”, - Mirzoyan yazıb.